NEWS

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi doktorant Tamella Abdiyevanın mühazirəsini təşkil edib

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi doktorant Tamella Abdiyevanın mühazirəsini təşkil edib

20 october 2026

Baxış sayı: 8

Azərbaycan Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi Dövlət Proqramının doktorantı Tamella Abdiyevanın “Kənd məktəblərindən olan məzunların ali təhsil müəssisələrində qeyri-bərabər təmsili” mövzüsunda mühazirəsini təşkil edib. Mühazirədə “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” ixtisaslaşması üzrə magistratura tələbələri iştirak ediblər. 

Mühazirədə tələbələrə doktorantın tədqiqat işinin əsas məzmunu və əldə olunan nəticələr barədə məlumat verilib. Kənd məktəblərinin məzunlarının ali təhsilə çıxış imkanları, ali təhsil müəssisələrinə qəbul zamanı kənd və şəhər məktəblərinin məzunları arasında müşahidə olunan fərqlər, təhsil imkanlarında bərabərsizlik və bu bərabərsizliyə təsir göstərən amillər diqqətə çatdırılıb.

Mühazirə özəl hazırlıq xidmətlərinin ali təhsil müəssisələrinə qəbul prosesində rolu və mövcud problemlərin aradan qaldırılması yollarının müzakirəsi ilə yekunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS