NEWS

İKT tələbələri üçün Dünya Robot Olimpiadası ilə bağlı infosessiya keçirilib

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri üçün Dünya Robot Olimpiadası (WRO) ilə bağlı maarifləndirici infosessiya keçirilib.

Tədbiri giriş sözü ilə İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açaraq tələbələrin bilik və bacarıqlarının artırılmasında belə yarışlarda iştirakın əhəmiyyətini vurğulayıb, Azərbaycan Universiteti tələbələrinin yerli və beynəlxalq yarışlarda əldə etdikləri uğurları diqqətə çatdırıb.

Ardınca Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin məsləhətçisi Fərid Əhmədov tələbələrə olimpiada haqqında məlumat verib. Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) WRO koordinatoru Lalə Qurbanova və WRO təmsilçisi Fədayə Vəliyeva olimpiadada iştirak şərtləri və olimpiadanın təşkil edilməsi ilə bağlı əsas məqamları diqqətə çatdırıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS