NEWS
Elm şöbəsi “Hirş indeksi və düzgün sitat strategiyası” mövzusunda təlim-seminar keçirib
Azərbaycan Universitetində Elm şöbəsi tərəfindən “Hirş indeksi və düzgün sitat strategiyası” mövzusunda seminar - təlim keçirilib. Tədbirin məqsədi akademik heyətin və gənc tədqiqatçıların elmi fəaliyyət göstəriciləri, xüsusilə də sitat indeksləri ilə bağlı məlumatlılığını artırmaq və beynəlxalq elmi bazalarda görünürlüyünü gücləndirmək olub.
Tədbirdə Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva təqdimatla çıxış edərək Hirş indeksi anlayışı, onun elmi fəaliyyətin qiymətləndirilməsində rolu və hesablanma mexanizmi barədə ətraflı məlumat verib. Təqdimatda beynəlxalq elmi bazalarda (Scopus, Web of Science və s.) və sosial elmi şəbəkələrdə profilin düzgün formalaşdırılması, sitat strategiyasının düzgün qurulması kimi məsələlərə də toxunulub, Hirş indeksinin artırılmasının yolları, etik sitat qaydaları, akademik dürüstlük prinsipləri və elmi əməkdaşlığın əhəmiyyəti barədə praktik tövsiyələr təqdim edilib.
Təlim-seminar mövzu ətrafında müzakirə və sual-cavab sessiyası ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi