NEWS
Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınskinin yeni dərs vəsaiti çapdan çıxıb
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınskinin müəllifi olduğu “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” adlı yeni dərs vəsaiti çapdan çıxıb.
Vəsait ölkənin konstitusion quruluşunu, hüququn əsas anlayışlarını və vətəndaşların hüquq sistemindəki yerini izah edir. Vəsaitdə hüququn mahiyyəti, hüquq normaları, hüquqi münasibətlər və hüquqi məsuliyyət kimi əsas anlayışlarla yanaşı, Konstitusiyanın dövlətin ali hüquqi sənədi kimi rolu izah olunur. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqları, onların təminat mexanizmləri, dövlət hakimiyyətinin üç qola (qanunverici, icraedici, məhkəmə) bölünməsi ətraflı şəkildə təqdim edilir.
Hüquqi düşüncənin formalaşmasına, hüquqi şüurun və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edən vəsait, vətəndaşların hüquq və vəzifələrini, yerli özünüidarəetmə orqanlarının (bələdiyyələrin) fəaliyyət prinsiplərini də izah edir.
İctimaiyyətlə əlaqələr şöbəsi