NEWS

Enactus Azərbaycan Milli Yarışı yekunlaşıb

Enactus Azərbaycan Milli Yarışı yekunlaşıb

26 august 2021

Baxış sayı: 2155

Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2021-ci il üzrə “Enactus Azərbaycan” milli yarışı yekunlaşıb.

Azərbaycan Universitetinin Enactus komandası yarışda “Smart Kənd” layihəsi ilə iştirak edib. “Smart kənd” layihəsi beynəlxalq təcrübədəki ağıllı kənd infrastrukturunun tərkib hissələrini mərhələlərlə realizə etməkdir. Layihədə əkin sahələrinin, gülçülük, tərəvəzçilik təsərrüfatlarının, istixanalara xidmətin  avtomatik yaxud məsafədən göstərilməsi nəzərdə tutulub.

Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərkən daha yaxşı bir dünya yaratmağa hədəflənmiş ən böyük təcrübə öyrənmə platformasıdır. Bu məqsədlərə çatmaq üçün proqram gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir

İctimaiyyətlə əlaqələr şöbəsi
25.08.2021

OTHER NEWS