NEWS

Ənənəvi beynəlxalq yay məktəbi start götürüb

Ənənəvi beynəlxalq yay məktəbi start götürüb

03 september 2021

Baxış sayı: 1726

Azərbaycan Universiteti, Almaniyanın Koblenz Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universiteti tərəfindən hər ilin sentyabr ayında birgə təşkil olunan ənənəvi beynəlxalq yay məktəbi mövcud ekstremal şəraitə uyğun olaraq bu il də Zoom proqramı vasitəsilə onlayn formatda keçirilir.

Yay məktəbinin bu ilki mövzusu “Rəqəmsal bacarıqlar və sosial məsuliyyət” (Digital Competences and Social Responsibility) olaraq müəyyənləşdirilib. Yay məktəbi ərzində iştirakçılara “Müxtəlif mədəniyyətlərdən olan komandalar arasənda sinerji yaratmaq”, “Beynəlxalq və rəqəmsal bacarıqlar: komandalar üçün faydalar və çağırışlar”, “İşəgötürənlərin məzunlardan gözləntiləri”, “Rəqəmsal alətlərə giriş”, “Müsahibə texnikaları” kimi mövzular tədris oluncaq, tələbələr həmçinin təlim mövzuları ilə bağlı qrup işlərində iştirak edəcəklər.

Təlimləri yay məktəbinin tərəfdaşları olan universitetlərin professor-müəllim heyəti aparacaq. Beynəlxalq yay məktəbinə Bakı Mühəndislik və Azərbaycan Dövlət İqtisad universitetlərindən də tələbə və təlimçilər dəvət olunub. Tədbirdə  Azərbaycan Universitetinin 4 tələbəsi iştirak edir. Ümumilikdə isə Azərbaycan, Gürcüstan və Almaniya universitetlərindən 30-a yaxın tələbənin müraciəti qəbul olunub.

Yay məktəbi sentyabrın 11-də təşkil olunacaq bağlanış mərasimi ilə başa çatacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.09.2021

OTHER NEWS