NEWS

Erasmus + ECAR layihəsinin başlama görüşü keçirilib

Erasmus + ECAR layihəsinin başlama görüşü keçirilib

05 may 2021

Baxış sayı: 2113

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsinin onlayn formatda başlama görüşü  keçirilib. Layihənin icrası ilə bağlı 4 mayda başlayan müzakirələr 6 may tarixində yekunlaşacaq.

Təqdimatda layihənin koordinatoru Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək layihənin ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından əhəmiyyətinə toxunublar. Avropa Universitetlər Birliyi, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya rektorlar konfransının nümayəndələri də layihəyə dair fikirlərini və Avropa təcrübələrini bölüşüblər. Azərbaycan universitetlərinin rektorları və rəhbər şəxsləri, eyni zamanda, “Erasmus+” Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruriliyini və layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə 3 il müddətində həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması və bununla da universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığa, o cümlədən universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığın inkişafına nail olmaqdır. Layihədə Azərbaycandan 15, Avropdan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.05.2021

OTHER NEWS