NEWS

"Gəncsən? Başla!" kitabının imza günü keçiriləcək

28 october 2017

Baxış sayı: 4785

Dr. Nadir Adilov tərəfindən tələbə və gənclərin şəxsi inkişafına və sağlam karyera quruculuğuna dəstək məqsədi ilə yazılan və Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə dərc edilən "Gəncsən? Başla!" kitabının imza günü keçiriləcəkdir. 
İmza günü 4 noyabr 2017-ci il tarixində 2 saylı "ASAN Kommunal" mərkəzində, Bakı Dəmiryol Vağzalının 2-ci mərtəbəsində (28 May metro stansiyasının yanı) saat 12.00-dan 15.00-a qədər davam edəcəkdir. 
Tədbir Azərbaycan Universiteti, YARAT Friends, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və ASAN Könüllüləri təşkilatının təşkilatı dəstəyi ilə keçirilir. 
Kitabın satışından əldə olunan vəsait müəllif tərəfindən "Könüllü" Tələbə Təqaüd Proqramına yönəldiləcək. 
"Gəncsən? Başla!" kitabı "Azərkitab" və "Ali & Nino" kitab satış mağazalarında satışa təqdim olunub. 

İctimaiyyətlə əlaqələr
28.10.2017

OTHER NEWS