NEWS

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı “Great Change Academy” layihəsinə start verdi

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı  “Great Change Academy” layihəsinə start verdi

05 july 2017

Baxış sayı: 5461

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Great Change Academy” layihəsinin açılış mərasimi olub. Gənclərin məşğulluq problemlərinin həllinə və fərdi inkişafa istiqamətlənən layihə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin baş sponsorluğu ilə həyata keçirilir.

Açılış mərasimində “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Mirisrafil Həsənov, Azərbaycan Universiteti Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov, fakültənin müəllimi Natiq Məmmədov və Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri Cavidan Heybətzadə çıxış edərək layihə haqqında məlumat veriblər.

Layihənin təlimləri sabah başlayacaq. Layihə üçün seçilmiş 40 nəfər iştirakçıya ikin gün ara ilə aşağıda qeyd olunmuş 10 mövzu üzrə təlimlər keçiləcək:

  • Düzgün CV tərtib etmənin qaydaları
  • İş müsahibələrinə hazırlaşmanın qaydaları
  • Natiqlik bacarıqlarının inkişaf etdirilməsi
  • İş mühitinə psixoloji hazırlıq
  • Bədən dili və istifadə formaları
  • Özünəinam qazanmaq metodları
  • Liderlik bacarıqlarının inkişaf etdirilməsi
  • Biznes layihəsinin yazılması
  • SMM (Sosial Media Marketing)
  • Xarici dil öyrənməyin asan yolu

Layihədə iştirak edən gənclər müsahibə yolu ilə müəyyənləşdirilib. Seçim turunda 34 ali təhsil müəssisəsi və kollecdən 500-ə yaxın gənc iştirak edib.

Təlimlər 2 avqust 2017-ci il tarixində yekunlaşacaq. Təlimləri başa vuran iştirakçılara Məzun Günü təşkil olunacaq və sertifikat təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.07.2017

OTHER NEWS