NEWS

Hüseyn Hüseynli TKTA-nın ekspert hazırlığı təlimini uğurla başa vurub

Hüseyn Hüseynli TKTA-nın ekspert hazırlığı təlimini uğurla başa vurub

10 march 2025

Baxış sayı: 79

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının baş müəllimi Hüseyn Hüseynli Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi üçün ekspert hazırlığı təlim modullarını uğurla bitirib. Hüseyn Hüseynliyə və müxtəlif ali təhsil müəssisələrini təmsil edən daha 18 nəfər ekspertə sertifikatlarını agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov  təqdim edib. 

Sertifikatların təqdim olunması mərasimində ekspertlər qarşısında çıxış edən Tural Əhmədov akkreditasiya prosesinin təhsil müəssisələrində keyfiyyətin artırılmasına xidmət edən vacib bir alət olduğunu və bu prosesdə akkreditasiya komissiyalarının üzvlərinin peşəkar yanaşmalarının əhəmiyyətini vurğulayıb, ekspertlərdə praktiki biliklərin formalaşması üçün təlimlərdə iştirakın vacibliyi qeyd edib. 

Tədbirdə ekspert hazırlığı üçün tərtib edilmiş təlim proqramının nəticələri təqdim olunub, ekspertlərin qiymətləndirmə prosesində rolu, vəzifə və məsuliyyətləri haqqında müzakirələr aparılıb. Eyni zamanda, akkreditasiya prosesinə yanaşmada metodoloji yeniliklər və keyfiyyət təminatı meyarları barədə iştirakçılara ətraflı məlumat verilib. 

Sertifikat təqdim olunan ekspertlər ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsində iştirak edəcək və təhsildə keyfiyyətin artırılması istiqamətində fəaliyyət göstərəcəklər.

TKTA gələcəkdə də ali təhsil müəssisələrinin keyfiyyət təminatını gücləndirmək üçün beynəlxalq təcrübəyə əsaslanan ekspert hazırlığı proqramlarını davam etdirməyi tətbiq etməyi planlaşdırır.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS