NEWS

Xarici dillər kafedrası “IELTS Writing Task 1” mövzusunda təlim keçirib

Xarici dillər kafedrası “IELTS Writing Task 1” mövzusunda təlim keçirib

21 april 2025

Baxış sayı: 23

Azərbaycan Universitetinin Xarici dillər kafedrasının təşkilatçılığı ilə “IELTS Writing Task 1” mövzusunda təlim keçirilib. Kafedranın müəllimi Şəbnəm Seyidzadə tərəfindən aparılan təlim, müəllimlərin peşəkar inkişafını dəstəkləmək və tədris prosesində beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi məqsədi daşıyıb.

İnteraktiv formatda təşkil olunan təlim zamanı Şəbnəm Seyidzadə iştirakçılara IELTS imtahanının tələbləri, Task 1 bölməsi üzrə yazı növləri – “Bar chart”, “Line graph”, “Table”, “Process”, “Map” və digər vizual təqdimatlar barədə məlumat verib, yazı strukturlarının düzgün qurulması, qiymətləndirmə meyarları və akademik dilin istifadəsi ilə bağlı tövsiyələr səsləndirib.

Təqdimat zamanı konkret nümunələr üzərində təhlillər aparılıb, müxtəlif yazı nümunələrinin planlaşdırılması və leksik vasitələrin məqsədəuyğun tətbiqi iştirakçılara praktik nümunələr əsasında təqdim edilib.

Qeyd edək ki, təlimdə Xarici dillər kafedrası ilə yanaşı, Tərcümə və filologiya kafedrasının da müəllim heyəti iştirak edib. Sessiyanın əsas məqsədi müəllimlərin IELTS formatında yazı bacarıqları üzrə biliklərini artırmaq, eləcə də tədris prosesində vahid qiymətləndirmə meyarları əsasında daha yüksək nəticələr əldə olunmasına töhfə vermək olub.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS