NEWS

Azərbaycan Universitetinin İKT fakültəsində Tələbə Elmi Cəmiyyəti təsis olunub

Azərbaycan Universitetinin İKT fakültəsində Tələbə Elmi Cəmiyyəti təsis olunub

11 october 2017

Baxış sayı: 5090

Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnologiyaları (İKT) fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təsis iclası keçirilib. İclasda qeyd olunub ki, TEC tələbələrin elmi potensialının ortaya çıxarılması və elmi qabiliyyətlərinin inkişaf etdirilməsində böyük rol oynayacaq.

İclasda cəmiyyətin fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bildirilib ki, TEC əsasən tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması,  tələbələrin yerli və beynəlxalq proqramlaşdırma və informatika müsabiqələrinə hazırlıq işlərinin və müxtəlif dərnəklərin təşkili, müxtəlifyönümlü layihələrin icra olunması   və s. istiqamətlərdə fəaliyyət göstərəcək.

Təsis iclasında Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, İKT fakültəsinin dekanı Asif Paşayev və Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva da iştirak edib. Prorektor TEC-in fəaliyyətə başlamasını universitetin tələbə həyatında diqqətəlayiq hadisə kimi dəyərləndirib, büro üzvlərinə öz tövsiyələrini verib və TEC-in işinə uğurlar arzulayıb.

Tədbirdə TEC-in sədri, katibi və digər büro üzvləri seçilib.  

TEC-in büro üzvləri

  • Həqiqət Qasımova (Sədr), Riyaziyyat, III kurs
  • Əlizaman Həbibli (Katib), Kompüter mühəndisliyi, II kurs
  • Hikmət Qədirov (Üzv), Kompüter elmləri, IV kurs
  • Sərxan Abbaszadə (Üzv), Kompüter mühəndisliyi, IV kurs
  • Xəyal İsmayılov (Üzv), Kompüter mühəndisliyi, I kurs
  • Könül Bağışova (Üzv), Kompüter mühəndisliyi, I kurs
  • Səbinə Qəniyeva (Üzv), Kompüter mühəndisliyi, I kurs
  • Brilyant Rzayeva (Üzv), Kompüter mühəndisliyi, I kurs
  • Fəhmin Zakirli (Üzv), Kompüter elmləri, II kurs
  • Əyyub Hacıyev (Üzv), Kompüter elmləri, IV kurs
  • Sənubər Babazadə (Üzv), Riyaziyyat, III kurs

 

İctimaiyyətlə əlaqələr şöbəsi
11.10.2017

OTHER NEWS