NEWS

Kamran Mustafayev payız semestrini Almaniyada oxuyacaq

Kamran Mustafayev payız semestrini Almaniyada oxuyacaq

18 may 2016

Baxış sayı: 4900

Azərbaycan Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə MBA tələbəsi Kamran Mustafayev 2016/2017-ci tədris ilinin payıs semestrini Almaniyanın Koblenz Universitetində oxuma hüququ qazanıb. Tələbəmiz təhsil aldığı dövrdə tam təqaüdlə (aylıq 800 avro) təmin olunacaq, eyni zamanda səyahət xərcləri qarşılanacaq. Kamran Mustafayev Almaniyada oxuduğu dövrdə işlə də təmin olunacaq.
Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!
Mübadilə proqramları ilə xaricdə təqaüdlü təhsil almaq istəyən tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.
Beynəlxalq əlaqələr şöbəsi
Azərbaycan Universiteti, I tədris binası
Nəsimi rayonu, Tbilisi prospekti-72, IV mərtəbə
Tel: (+99412) 431 41 12 (Daxili 131)
Fax: (+99412) 431 41 18
E-poçt: international.office@au.edu.az

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
18.05.2016

OTHER NEWS