NEWS

Azərbaycan Universitetində “Maarifçi” tələbə-məzun proqramı ilə bağlı maarifləndirici sessiya keçirilib

Azərbaycan Universitetində “Maarifçi” tələbə-məzun  proqramı ilə bağlı maarifləndirici sessiya keçirilib

19 march 2026

Baxış sayı: 188

Azərbaycan Universitetində Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi 
IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair maarifləndirici sessiya keçirilib. Tədbirdə tələbələrə proqram çərçivəsində təqdim olunan imkanlar, layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verilib, qoşulma şərtləri izah olunub. 

Sessiyada Karyera inkişafı departamentinin direktoru Kamran Rzayev və Ömürboyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzinin müdiri Samir Salayevin məruzələri dinlənilib. Məruzələrdə bildirilib ki, proqram bu il “Rəqəmsal gələcək” devizi ilə keçirilir və 4 aylıq müddəti əhatə edir. Qeyd olunub ki, universitetdə qazanılan nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsinə imkan yaradan proqrama Azərbaycan Respublikasının vətəndaşı olan bakalavriat səviyyəsi üzrə sonuncu kurs tələbələri, magistratura səviyyəsində təhsil alanlar, son 3 il ərzində məzun olmuş şəxslər proqrama müraciət edə bilərlər. Proqramda iştirak üçün seçilmiş şəxslər Elm və Təhsil Nazirliyinin və tabe qurumlarının müxtəlif struktur bölmələri, regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edirlər. Proqrama müraciətlər martın 11-də başlayıb və ayın 30-da yekunlaşacaq. 

Sessiya tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramından ümumilikdə 102 nəfər məzun olub, onlardan 50 nəfər təhsil sahəsində müxtəlif struktur bölmələrdə işlə təmin edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS