NEWS

Magistratura üzrə boş qalan plan yerlərinə qeydiyyat onlayn qaydada aparılacaq

Magistratura üzrə boş qalan plan yerlərinə qeydiyyat onlayn qaydada aparılacaq

13 august 2021

Baxış sayı: 1668

Ali təhsilin magistratura səviyyəsi üzrə Azərbaycan Universitetinin boş qalan plan yerlərinə qəbul olan bakalavrları təbrik edir və təhsillərinin növbəti pilləsində uğurlar arzulayırıq!

Magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə qeydiyyat 2021-ci il avqustun 18-dən 25-dək Təhsil Nazirliyinin  https://portal.edu.az/ saytı vasitəsilə elektron qaydada aparılacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Təhsil nazirliyinin qeydiyyat barədə təlimatına keçid

https://edu.gov.az/uploads/news/07/telimat.pdf

Ən çox verilən suallara keçid

https://edu.gov.az/uploads/news/07/faq.pdf

Azərbaycan Universitetinin magistratura ixtisaslaşmalarına qəbul olan bakalavrlar dərslərin təşkili ilə bağlı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə, sənədlər və ödənişlə bağlı isə Tələbələrlə iş şöbəsi ilə əlaqə saxlaya bilərlər. 

  • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
    (+99412) 431 41 12 /13/16 (daxili 126)
    (+99450) 268 38 08, (+99455) 220 40 62
  • Tələbələrlə iş şöbəsi
    (+99450) 742 45 88, (+99450) 268 38 19

İctimaiyyətlə əlaqələr şöbəsi
13.08.2021

OTHER NEWS