NEWS

Magistratura tələbələri təcrübəyə başlayıblar

Magistratura tələbələri təcrübəyə başlayıblar

12 february 2019

Baxış sayı: 3793

Bu gündən Azərbaycan Universitetinin magistratura pilləsində təhsil alan II kurs tələbələri elmi-tədqiqat və elmi-pedaqoji təcrübəyə başlayıblar.

7 ixtisas üzrə 32 magistratura tələbəsi 5 təcrübə rəhbərinin nəzarəti altında 1 ay müddətində elmi-tədqiqat təcrübəsi keçəcəklər.

2 təcrübəçi fərqli müəssiələrdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Respublika Narkoloji Mərkəzində, digər təcrübəçilər isə əsasən Azərbaycan Universitetində və dissertasiya mövzuları ilə əlaqədar elmi-tədqiqat müəssisələrində, kitabxanalarda təcrübə rəhbərinin tapşırıq və göstərişlərinə əsasən elmi-tədqiqat işi ilə məşğul olacaqlar.

Elmi-pedaqoji təcrübədə isə magistratura tələbələri Azərbaycan Universitetində pedaqoji fəaliyyətin forma və metodlarını öyrənəcək, dərs dinləmələrində iştirak edəcək və açıq dərslər keçəcəklər.

Tələbələr və rəhbərlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər haqqında daha ətraflı məlumat təcrübənin başlanğıc iclasında təqdim olunub. Tədbirdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu rəhbərlərə təqdim edilib.

Elmi-tədqiqat təcrübəsi 11 mart 2019, elmi-pedaqoji təcrübə isə 8 aprel 2019-cu il tarixində yekunlaşacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.02.2019

OTHER NEWS