NEWS

Magistratura tələbələri üçün “Təhsil və iqlim dəyişiklikləri” mövzusunda vebinar təşkil olunub

Magistratura tələbələri üçün “Təhsil və iqlim dəyişiklikləri” mövzusunda vebinar təşkil olunub

13 february 2025

Baxış sayı: 25

Azərbaycan Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə magistratura səviyyəsində təhsil alan tələbələr üçün dövlət proqramının doktorantı  Elnurə Əhmədzadənin “Təhsil və iqlim dəyişiklikləri: ekoloji maariflənmə” mövzusunda vebinarı keçirilib. Online formatda keçirilən görüşdə doktorant “Ekoloji təhsil nədir?”, ”Ekoloji təhsilin əsas modulları”, ”Avropada ekoloji təhsil”, ”Azərbaycanda ekoloji təhsil”,  “İqlim dəyişiklikləri və maariflənmə”  kimi vacib məsələlərə toxunub.

Elnurə Əhmədzadə məruzəsində bildirib ki, COP29 tədbirindən sonra Azərbaycanda ekoloji təhsilə və bu kimi məsələlərə olan maraq əhəmiyyətli dərəcədə artıb. 

Vebinarın sonunda mövzu ətrafında müzakirə aparılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS