NEWS

Magistraturaya qeydiyyat 27 iyunda başlayacaq

Magistraturaya qeydiyyat 27 iyunda başlayacaq

21 june 2019

Baxış sayı: 3280

Azərbaycan Universitetinin magistratura pilləsinə qəbul olan bakalavrların nəzərinə!

Azərbaycan Universitetinin magistratura proqramlarına qəbul olan bakalavrları  təbrik edir, qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını təqdim edirik.

Bakalavrların nəzərinə çatdırırq ki, magistraturaya qəbul olanlar 2019-cu il iyunun 27-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aşağıda qeyd olunmuş sənədləri Azərbaycan Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Boş qalan yerlərə ixtisas seçimi isə 23-30 iyul tarixlərində aparılacaq.

 

Sənədlərin siyahısı

  • Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti
  • Cari ildə məzun olan tələbələr bitirdikləri universitetdən məzun olduqlarına dair arayış
  • Şəxsiyyət vəsiqəsinin əsli və 2 ədəd surəti
  • Sağlamlıq haqqında tibbi arayış
  • Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağrış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə
  • DİM şəxsi kabinetin istifadəçi adı və şifrəsi
  • 3X4 ölçüdə 4 ədəd şəkil (son 1 ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə)

Azərbaycan Universitetinə ödənişli əsaslarla qəbul olub aşağıdakı kateqoriyadan olan tələbələr təhsil haqqından azad olunurlar.

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların bakalavriat və magistratura səviyyələrində ödənişli əsaslarla təhsil alan övladları
  • Bakalavriat və magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələr
  • Bakalavriat və magistratura səviyyəsində təhsil alan, I və II dərəcə əlilliyi olan tələbələr

Bu kateqoriyalardan olan tələbələr yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlərin əsli və surətini universitetə təqdim etməlidirlər.

Daha ətraflı məlumat üçün
Tel.: (+99412) 431 41 12 (daxili 114)

İctimaiyyətlə əlaqələr şöbəsi
21.06.2019

OTHER NEWS