NEWS
Dissertant Mahəyət Nəbiyevin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının iclasında dissertant Məhayət Ənvər oğlu Nəbiyevin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Xidmət sektorunda maliyyə risklərinin idarə olunması” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Maliyyə və mühasibat kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəriman Böyükkişinin sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.
İclasın sonunda dissertasiya işinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.
Dissertantın elmi rəhbəri iqtisad üzrə fəlsəfə doktoru, dosent Atxam İsmayılzadədir.
İctimaiyyətlə əlaqələr şöbəsi
