NEWS

Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi müəllimlər üçün TOT təlimi keçirib

Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi müəllimlər üçün TOT təlimi keçirib

17 april 2025

Baxış sayı: 34

Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi və HDC (Human Development Center) tərəfindən müəllimlər üçün TOT (Təlimçilər üçün təlim) kursu üzrə seminar keçirilib. Seminarı HDC-nin rəhbəri Toğrul Ələkbərov aparıb.

Toğrul Ələkbərov iştirakçılara TOT təliminin təhsil prosesində tətbiqi, effektiv müəllim-tələbə münasibətlərinin qurulması və öyrətmə prosesinin maraqlı və interaktiv təşkil edilməsinin yolları haqqında məlumat verib, təlimin nəticələrinin ölçülməsi, təlim metodlarının müasir tələblərə uyğunlaşdırılması və iştirakçıların motivasiyasının artırılması kimi mövzulara toxunub.

Seminar qrup işləri və müzakirələrlə davam edib, həmçinin iştirakçılara praktiki bacarıqlarını tətbiq etmə imkanı yaradılıb.

Qeyd edək ki, təlimin əsas məqsədi təlimçilərə “öyrətməyi öyrənmək” imkanı yaratmaqdır. TOT təlimləri iştirakçılara öz təlim metodlarını təkmilləşdirmək, yeni yanaşmalar öyrənmək və təlim proseslərini daha müasir və səmərəli şəkildə həyata keçirmək imkanı təqdim edir.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS