NEWS

PAŞA Həyat Sığorta Azərbaycan Universitetində növbəti təlimini keçirib

PAŞA Həyat Sığorta Azərbaycan Universitetində növbəti təlimini keçirib

11 march 2016

Baxış sayı: 4829

PAŞA Həyat Sığorta şirkəti tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün keçirilmiş master klass təlimi başa çatıb. Yekunda tələbələrə müvafiq sertifikatlar təqdim olunub.
Üç gün davam edən təlimlərdə iştirakçılara sığorta haqqında ümumi məlumat, sığortanın hüquqi bazası, mədəniyyəti, müqavilələrin hazırlanması, sığortaçının hüquq və öhdəlikləri, sığorta sektoru, Azərbaycan və xarici sığorta bazarlarının inkişaf istiqamətləri və mövcud vəziyyəti haqqında məlumat verilib. Master klass təlimi şirkətin Risklərin idarəedilməsi şöbəsinin müdiri Pərviz Quliyev tərəfindən aparılıb.
Qeyd edək ki, təlimlər PAŞA Həyat Sığorta Şirkəti tərəfindən sığorta maarifləndirməsi və sosial məsuliyyət proqramı çərçivəsində keçirilir. İki qurum bu sahədə artıq 3 ildir ki, əməkdaşlıq edir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
11.03.2016

OTHER NEWS