NEWS

Azərbaycan Universitetində qadın əməkdaşlara 8 Mart sürprizi

Azərbaycan Universitetində qadın əməkdaşlara 8 Mart sürprizi

08 march 2026

Baxış sayı: 150

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Universitetinin inzibati otaqlarda gündəlik peşə fəaliyyətlərini yerinə yetirən əməkdaşları və auditoriyalarda dərslərdə olan müəllimləri sürprizlə qarşılaşıblar.   

Başda elmi işlər üzrə prorektor Yusif Qasımov olmaqla dekanlar, kafedra müdirləri və struktur bölmə rəhbərlərindən ibarət kişi kollektivi otaqlara və auditoriyalara daxil olaraq inzibati heyət üzvlərini və müəllimləri təbrik edib, onlara qırmızı gül təqdim edərək özəl gün münasibətilə ən gözəl arzularının ifadə ediblər. Gözlənilməz ziyarət və təbrik kollektivdə xoş əhval-ruhiyyə yaradıb. 

Qadınların iqtisadi, siyasi, ictimai mübarizəsini simvolizə edən, eyni zamanda onlara verilən dəyəri, göstərilən hörmət və ehtiramı tərənnüm edən bu əlamətdar gün münasibətilə bütün qadınları ürəkdən təbrik edir, cansağlığı, sevinc və səadət, işlərində uğurlar arzu edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS