NEWS

Qələbə vebinarında informasiya mübarizəsi müzakirə olunub

Qələbə vebinarında informasiya mübarizəsi müzakirə olunub

28 december 2020

Baxış sayı: 2575

Azərbaycan Universitetində qələbə vebinarları seriyasından növbəti tədbir “Vətən Müharibəsində informasiya mübarizəsi”nə həsr olunub. Vebinar Riyaziyyat və informatika kafedrası tərəfindən təşkil olunub.

Tədbirdə qeyd olunub ki, Azərbaycan 44 günlük Vətən Müharibəsi dövründə yalnız döyüş meydanında yox, diplomatik cəbhədə və informasiya sahəsində də mübarizə aparıb. Ermənistan təxribat xarakterli əməllərini kibermühitdə də davam etdirib. Döyüş meydanında uduzan işğalçı ölkənin internet resurslarında ve sosial şəbəkələrdə, azərbaycan dilində yaradılmış veb səhifələrdə dezinformasiya, böhtan xarakterli və təxribat mahiyyəti daşıyan məlumatları tirajlaması öz itklərini gizlətməyə və Azərbaycan xalqı arasında təşviş, qorxu, çaşqınlıq və etnik zəmində qarşıdurma yaratmağa hesablanıb. Dağlıq Qarabağ münaqişəsi ətrafında saxta xəbərlərin hazırlanması və yayılması ilə fəal şəkildə məşğul olan Ermənistan bir çox halda əsassız xəbərlərin beynəlxalq mediaya ayaq açmasına nail olur.

Riyaziyyat və informatika kafedrasının müdiri Qabil Əliyev, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Sosial işin təşkli kafedrasının müdiri Tünzalə Verdiyeva, tədbirin qonağı, qafqazinfo.az saytının redaktoru, jurnalist Emin Səfərov çıxış edərək bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin həm tarixi, həm də hüquqi və siyasi aspektlərinin, eyni zamanda 27 sentyabr günü Azərbaycan Ordusunun başlatdığı əks-həmlə əməliyyatının səbəblərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin beynəlxalq mediada yayımlanan müsahibələri və çıxışları xüsusi əhəmiyyət daşıyıb. Çıxışlarda qeyd olunub ki, uğurlu hərbi əməliyyatlarla yanaşı informasiya mübarizəsinin də düzgün və səmərəli qurulması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizdə hərbi sahədə əldə olunmuş uğurlara paralel informasiya siyasətinin aparılması təqdirəlayiqdir.

Vebinar mövzu ətrafında müzakirələrlə davam edib.

Sonda jurnalist Emin Səfərov tələbələrin ona ünvanlanan çoxsaylı suallarını cavablandırıb. Suallar jurnalistlərin döyüş bölgəsindəki fəaliyyəti, hərbi əməliyyatları işıqlandıran xarici media nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinə münasibətləri, aktiv döyüş əməliyyatları zamanı ağıllı telefonlardan istifadə, mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin işıqlandırılması kimi mövzuları əhatə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
28.12.2020

OTHER NEWS