NEWS
Rektor müsabiqə iştirakçılarına sertifikatlarını təqdim edib
Azərbaycan Universitetini informasiya texnologiyaları və proqramlaşdırma üzrə beynəlxalq müsabiqələrdə təmsil edən komandaların üzvləri sertifikatlarını rektor Fərid Əhmədovdan alıblar. “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin tanıtımı üçün təşkil olunmuş tədbirdə çıxış edən rektor müsabiqələrdə iştirakın tələbələr üçün əhəmiyyətini vurğulayıb. Fərid Əhmədov qeyd edib ki, tələbəlik illərində müsabiqələrdə iştirak etmiş tələbələr fərdi və peşəkar inkişaf istiqamətində böyük irəliləyiş və uğurlara nail olurlar.
24 oktyabr 2015-ci il tarixində Bakıda keçirilən “40-cı ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsi"nin növbəti 1/4 final mərhələsi (XI Azərbaycan Çempionluğu) Azərbaycan Universiteti 6 komanda ilə təmsil olunub. Komandalardan biri, "AU_2" komandası 5-6 dekabr 2015-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən "40-cı ACM ICPC 2015-2016 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatı"nda iştirak edib. Tələbələrimiz müsabiqədən fərqlənmə sertifikatı ilə qayıdıb. Komandalar müsabiqələrə Riyaziyyat və informatika kafedrasının müəllimi Asif Paşayevin rəhbərliyində hazırlaşır.
Komandaların tərkibi aşağıdakı kimidir:
1. AU_1
Həsənov Cavid (Kompüter elmləri)
Gülməmmədov Vaqif (Kompüter elmləri)
Abbasov Rəşid (Kompüter elmləri)
2. AU_2
Kərimli Məmməd (Kompüter mühəndisliyi)
Usubov Elvin (Kompüter mühəndisliyi)
Məmmədova Nahidə (Riyaziyyat və informatika müəllimliyi)
3. AU_3
Abbaszadə Sərxan (Kompüter mühəndisliyi)
Beybudov Rəvan (Kompüter mühəndisliyi)
Abbasov Elsevər (Kompüter mühəndisliyi)
4. AU_4
Hüseynov Elxan(Kompüter elmləri)
Kadirov Hikmət (Kompüter elmləri)
Hacıyev Eyyub (Kompüter elmləri)
5. AU_5
Əlimirzəyeva Aytac (Kompüter elmləri)
Nuruyev Fəxri (Kompüter mühəndisliyi)
Məlikli Emilya (Kompüter elmləri)
6. AU_6
Qasımov Seymur (Kompüter mühəndisliyi)
İlyaslı Tural (Kompüter elmləri)
Ağayev Rafiq (Kompüter elmləri)
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
17.12.2015