NEWS

Şəhid Fəxrəddin Qurbanlının dəfn mərasimi keçirilib

Şəhid Fəxrəddin Qurbanlının dəfn mərasimi keçirilib

09 april 2016

Baxış sayı: 5273

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olan məzunumuz Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun dəfn mərasimi Bakının Binəqədi rayonunda keçirilib. Qurbanlı Fəxrəddin Seyfəddin oğlu Tərtər rayonunda hərbi xidmətdə idi.
Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Kamaləddin Qafarov və Madər Musayev, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq mühafizə orqanları, Azərbaycan Universitetinin kollektivi, rayonun müəssisə və təşkilatları, ictimai birliklər, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər, rayon sakinləri iştirak ediblər.
Şəhidimiz Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırılıb. Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təhvil verilib.
Qurbanlı Fəxrəddin Seyfəddin oğlu 1994-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Universitetinin Sosial iş fakültəsindən 2015-ci ildə məzun olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
09.04.2016

OTHER NEWS