NEWS
Sosial işin təşkili kafedrasının əməkdaşlarının yeni dərsliyi çap olunub
Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova və kafedranın dosenti Səadət Məmmədovanın həmmüəllifliyi ilə “Sosiologiya” adlı dərslik çap edilib.
Ali və orta ixtisas müəssisələrinin professor-müəllim heyəti və tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulan dərslikdə sosiologiya elminin əsasları, mahiyyəti, inkişaf tarixi şərh edilib. Dərslikdə ailənin sosiologiyası, gənclərin sosiologiyası, mənəvi həyatın sosiologiyası, habelə mədəniyyət, elm və təhsil institutlarının inkişaf xüsusiyyətləri, dövlətin sosiologiyası, siyasətin sosiologiyası və digər mezo səviyyə sosioloji istiqamətlərlə yanaşı, XXI əsrdə aktual olan rəqəmsal sosiologiya, süni intellektin sosiologiya kimi istiqamətlər haqqında da məlumatlar təqdim edilib.
Kitabda sosioloji tədqiqatın xüsusi istiqaməti olan empirik sosiologiyanın formalaşma tarixinə də nəzər salınıb.
İctimaiyyətlə əlaqələr şöbəsi