NEWS

SPTM-nin təşkilatçılığı ilə “Karyera və inkişaf” forumu keçirilib

SPTM-nin təşkilatçılığı ilə “Karyera və inkişaf” forumu keçirilib

04 march 2025

Baxış sayı: 27

Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi ilə “World” Karyera və Peşə Mərkəzinin təşkilatçılığı, “Knowledge Academy” və “Inlingua” Dil Mərkəzinin iştirakı ilə “Karyera və inkişaf” forumu keçirilib. Forumun məqsədi tələbələrə karyera seçimləri və gələcək planlarında dəstək olmaq, onlara iş dünyasına hazırlıq və şəbəkələşmə üçün imkan yaratmaqdır. 

Universitetin sonuncu kurs tələbələri üçün təşkil olunan tədbirdə karyera planlaması ilə əlaqədar mövzular müzakirə olunub. Həmçinin tələbələr “Knowledge Academy”nin İctimaiyyətlə əlaqələr və marketinq direktoru Səbinə Muradova, “World” Karyera və Peşə Mərkəzinin rəhbəri Aygün Məmmədli, “İnlingua” Dil Mərkəzinin direktoru Pərvin Əsədovanın əmək bazarına çıxış imkanları və karyera planının qurulması kimi mövzularda motivasiyaedici çıxışlarını dinləyiblər. 

Tədbirdə xarici dil biliklərinin karyerada rolu və üstünlükləri, beynəlxalq mühitdə rəqabət qabiliyyətinin artırılmasında dil biliklərinin əhəmiyyəti vurğulanıb. Yumşaq bacarıqların inkişaf etdirilməsinin iş dünyasında uğur qazanmaq üçün vacib olduğu qeyd edilib. Həmçinin vaxtın effektiv idarə olunması, könüllülük fəaliyyətinin şəxsi və peşəkar inkişaf üçün yaratdığı imkanlar, qazandırdığı təcrübə, sosial və karyera yönümlü faydaları  müzakirə edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS