NEWS

Tariyel Qəninin məqaləsi “Web of Science” bazasında indekslənən jurnalda dərc olunub

Tariyel Qəninin məqaləsi “Web of Science” bazasında indekslənən jurnalda dərc olunub

24 november 2021

Baxış sayı: 1833

Azərbaycan Universitetinin Tədris şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tariyel Qəninin “On the relations of classic epic traditions in different ethnic people” adlı elmi məqaləsi  “Web of Science” bazasında indekslənən “Revista Conrado” elmi jurnalında çap olunub.

Məqalədə qeyd olunur ki, etnomədəni düşüncənin ən möhtəşəm qaynağı olan epos geniş müstəvidə ilkin təsəvvürdən mifoloji yaddaşa, oradan da tarixi-mədəni axarın sonrakı çağlarında olanlara qədər nə varsa hamısını əhatələmək gücü ilə diqqət önünə gəlir. Şərq və Avropa epos örnəkləri bunun tipik nümunəsi olub sinxron və diaxron aspektdə sistemli təhlillərə şərait yaradır. “Bilqamıs”, “Manas”, “Canqar”, “Oğuz Kağan”, “Maday Kara”, “Uralbatır”, “Edige”, “Corabatır”, “Mahabharata”, “Ramayana”, “İliada”, “Odisseya”, “İqor polku haqqında dastan”, “Şahnamə”, “Ziqfrid”, “Beovulf”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Böyük Edda”, “Kiçik Edda”, “Kuxulin haqqında dastan”, “Sid haqqında dastan”, “Tristan və İzolda” və s. bəşər sivilizasiyasının arxaik qatlarında özünü göstərən təsəvvür və təfəkkür intelleksiyasını, bədii modelləşmənin gedişini aydınlaşdırmaq üçün geniş faktura ilə səciyyələnir. Bədii-estetik düşüncənin ortaya qoyduğu mənzərə mif, inam və etiqad, tarix, etnik dəyərlər, əxlaq normaları, törə və kutsallıq, oturuşmuş təsəvvürlər və s. baxımından əsaslı qaynaqdır. Çünki bunlar bəşər sivilizasiyasının bir bütöv olaraq epos səviyyəsində gəlinən yolunu və onun genelogiyasını özündə ehtiva etmək baxımından əvəzsizdir. Bütün bunlar tipoloji yanaşmalarda tarixi-mədəni prosesin gedişi anlamında dolğun qənaətlərə gəlmək üçün geniş imkanlar yaradır.

Jurnalın səhifəsinə keçid: https://conrado.ucf.edu.cu/index.php/conrado

Məqaləyə keçid: https://conrado.ucf.edu.cu/index.php/conrado/article/view/2065/2019

İctimaiyyətlə əlaqələr şöbəsi
24.11.2021

OTHER NEWS