NEWS

Təcrübəçi tələbələrin Xalq yazıçısı Anar ilə görüşü təşkil olunub

Təcrübəçi tələbələrin Xalq yazıçısı Anar ilə görüşü təşkil olunub

13 march 2026

Baxış sayı: 145

“Ulduz” jurnalında istehsalat təcrübəsi keçən Filologiya (Azərbaycan dili və ədəbiyyatı; İngilis dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ilə görüşü təşkil olunub. Yazıçı ilə birbaşa ünsiyyət imkanı yaratmaq məqsədilə keçirilən görüşdə “Ulduz” jurnalının baş redaktoru, şair və publisist Qulu Ağsəs, jurnalın redaktoru və şair Taleh Mənsur, Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru və təcrübə rəhbəri Xəyalə Cəfərova da iştirak edib. 

Səmimi atmosfer şəraitində keçən görüşdə tələbələr yazıçıya yaradıcılığı və müasir ədəbi proseslə bağlı suallar ünvanlayıblar. Xalq yazıçısı tələbələrin suallarını əhatəli şəkildə cavablandırıb, yaradıcılığı ilə bağlı maraqlı məqamları və müasir ədəbi prosesə baxışını onlarla bölüşüb.

Xalq yazıçısı tədbirin sonunda müəllifi olduğu kitabları tələbələr üçün imzalayıb, onlarla xatirə şəkilləri çəkdirib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS