NEWS

Magistratura tələbələri üçün “Tədqiqat planının yazılması” mövzusunda vebinar keçirilib

Magistratura tələbələri üçün  “Tədqiqat planının yazılması” mövzusunda vebinar keçirilib

25 december 2025

Baxış sayı: 154

Azərbaycan Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələri üçün dövlət proqramının doktorantı Tamella Abdiyeva tərəfindən “Tədqiqat planının yazılması” mövzusunda vebinar keçirilib. Vebinar Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən gənc tədqiqatçıların elmi işlərin hazırlanması prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və onların tədqiqat bacarıqlarının inkişafına dəstək məqsədilə təşkil olunub. 

Vebinarda tədqiqat planının strukturu və mərhələləri magistrantlara ətraflı izah edilib. İştirakçılara mövzunun düzgün seçilməsi, tədqiqatın aktuallığının əsaslandırılması və tədqiqat suallarının müəyyənləşdirilməsi ilə bağlı tövsiyələr verilib. Vebinarda ədəbiyyat icmalının sistemləşdirilməsi və ədəbiyyatda mövcud boşluqların müəyyən edilməsi,  metodologiya, etik kodekslərə riayət, zaman bölgüsünün və büdcənin hazırlanması, eləcə də istifadə olunmuş ədəbiyyatın düzgün tərtibi qaydaları diqqət mərkəzində olub. 

Vebinar sual-cavab sessiyası ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS