NEWS

Təhsil naziri Azərbaycan Universiteti əməkdaşlarının təltif edilməsi barədə əmr imzalayıb

Təhsil naziri Azərbaycan Universiteti əməkdaşlarının təltif edilməsi barədə əmr imzalayıb

03 august 2021

Baxış sayı: 3053

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Azərbaycan Universitetinin 30 illiyi münasibətilə Universitetin rektoru Səadət Əliyeva və bir qrup əməkdaşını yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedajoji fəaliyyətlərinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”  və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif edib.

Təhsil naziri Emin Əmrullayev bu barədə müvafiq əmr imzalayıb.

 

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişan” ilə təltif olunanlar

  • Əliyeva Səadət Namiq qızı – Rektor
  • Qasımov Yusif Soltan oğlu – Elmi işlər üzrə prorektor
  • Quliyeva Nüşabə Yavər qızı – Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru, rektorun müşaviri
  • Qəni Tariyel Seyfəddin oğlu – Tədris şöbəsinin müdiri
  • Quliyev Qorxmaz Həsi oğlu - Professor

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunanlar

  • Paşayev Asif Fərman oğlu – İnformasiya Kommunikasiya Fakültəsinin dekanı
  • Əliyev Qabil Əli oğlu – İctimai elmlər kafedrasının müdiri
  • Rəhimova Ülviyyə Həsaməddin qızı – Azərbaycan dili  və ədəbiyyat kafedrasının müdiri
  • Məmmədova Samirə Cavanşir qızı – Xarici dillər kafedrasının müdiri
  • Əliyev Qabil Əkbər oğlu – Riyaziyyat və informatika kafedrasının müdiri

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif olunanlar

  • Məmmədova Həlimə Əjdər qızı – Tələbə şöbəsinin müdiri
  • Məmmədov Səfər Əhməd oğlu – Humanitar fənlər fakültəsinin dekanı
  • Ağamalıyeva Lətifə Fərzəli qızı – Elm şöbəsinin müdiri
  • Məmmədova Könül Naqil qızı – Ümumi şöbənin müdiri
  • Dilənova Lalə Tofiq qızı – İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini

İctimaiyyətlə əlaqələr şöbəsi
03.08.2021


OTHER NEWS