NEWS

Azərbaycan Universitetinin tələbələri üçün “Global Volunteer” beynəlxalq təcrübə proqramının tanıtımı keçirilib

Azərbaycan Universitetinin tələbələri üçün “Global Volunteer”  beynəlxalq təcrübə proqramının tanıtımı keçirilib

25 may 2017

Baxış sayı: 6188

Azərbaycan Universitetində təhsil alan tələbələr üçün AIESEC təşkilatının “Global Volunteer” xaricdə təcrübə proqramı haqqında infosessiya keçirilib.

“AIESEC Azərbaycan”ın marketinq komandasının üzvləri Fidan Əhmədli və Qulu Məmmədli tərəfindən aparılan təqdimatda qeyd olunub ki, AIESEC dünyanın ən böyük tələbə gənclər təşkilatıdır və dünyanın 126 ölkəsində fəaliyyət göstərir. Təşkilat Azərbaycan gənclərinin inkişafında artıq 10 ildir ki, aktiv iştirak edir və ölkə üzrə 250-yə yaxın üzvü var. Təşkilatın başlıca məqsədi beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik bacarıqlarını genişləndirmək məqsədi daşıyır.

Bildirilib ki, “Global Volunteer” 6-8 həftəni əhatə edən xaricdə təcrübə proqramıdır. Könüllülük prinsipi ilə həyata keçirilir proqram çərçivəsində tələbələrə seçdikləri ölkələrdə beynəlxalq komandada sosial layihələrdə çalışmaq təklif olunur.

İnfosessiyada iştirakçılara müraciət və iştirak qaydaları haqqında da məlumat verilib, suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.05.2017

OTHER NEWS