NEWS
Tələbələrimiz “Tariximizi öyrənək və öyrədək” müsabiqəsində birinci yerə layiq görülüblər
Azərbaycan Universitetinin tarixçi tələbələr Ruslan Ağakişiyev, Pənah Piralıyev və Tünzalə Kazımovadan ibarət komandası “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri arasında keçirilmiş intellektual müsabiqədə birinci yerə layıq görülüb.
Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və 28 May – Respublika Günü münasibətilə təşkil olunub.
Müsabiqənin şərtlərinə əsasən iştirakçı tələbələrin hər biri ümummilli liderin həyat və yaradıcılığından bəhs edən 10 dəqiqəlik slayd nümayiş etdiriblər.
Müsabiqədə I, II və III yerə layiq görülən qalib komandalar Bilik Fondu tərəfindən mükafatlandırılıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi
24.05.2017
OTHER NEWS
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsində iştirak edir
20 november 2026
Dissertant Şəbnəm Xəlilzadənin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
20 november 2026
Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub
19 november 2026
Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub
17 november 2026
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
17 november 2026
Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub
16 november 2026
