NEWS

Tələbələrimizin pandemiya tədqiqatları beynəlxalq jurnalda çap olunub

Tələbələrimizin pandemiya tədqiqatları beynəlxalq jurnalda çap olunub

15 february 2021

Baxış sayı: 2468

Tədqiqatçıların əldə etdikləri elmi nəticələrin qlobal miqyasda tanınması müasir dövrün əsas tələblərindən biridir. Araşdırmalar zamanı əldə edilən yenilik və nəticələri beynəlxalq elmi ictimaiyyətə təqdim etməyin ən səmərəli yolu isə onların nüfuzlu elmi jurnallarda nəşr olunmasıdır. Bu baxımdan akademik sahədə ilk addımlarını atan və Covid-19 pandemiyasının Azərbaycanda törətdiyi fəsadları araşdıran sosial iş tələbələrimiz Aygün Qurbanova, Aygün Muradlı və Lalə Hüseynovanın əldə etdikləri nəticələrin beynəxalq “Transdisciplinary Journal of Engineering & Science” jurnalında məqalə formasında nəşr olunması böyük uğur və təqdirəlayiq haldır.  

Transdisciplinary Journal of Engineering & Science jurnalı Transdisiplinar Öyrənmə və Qabaqcıl Tədqiqatlar Akademiyasının (Academy of Transdisciplinary Learning & Advanced Studies - ATLAS) rəsmi beynəlxalq jurnalıdır. Jurnal cəmiyyətin kompleks problemlərini həll etmək üçün elm, mühəndislik, sənət və mədəniyyət arasındakı uçurumun aradan qaldırılmasına həsr olunan məqalələrlə ildə bir dəfə ABŞ-da nəşr edilir. 

Doktorantura tələbəsi Aygün Qurbanova “COVID-19 pandemiyasının məişət zorakılığına təsiri”, magistratura tələbəsi Aygün Muradlı “Pandemiyanın tibb bacısı ixtisasında oxuyan tələbələrin həyatına təsiri”, bakalavriat 4-cü kurs  tələbəsi Lalə Hüseynli isə “65 yaşından yuxarı şəxslərə karantin qaydalarının tətbiqinin onların sosial-psixoloji vəziyyətinə təsiri” mövzusunu araşdırıb.

Layihə ABŞ-da fəaliyyət göstərən ATLAS&RB Tədqiqat İnstitutunun “SCRIPS” (Tələbələrin Beynəlxalq Davamlılıq Platforması) platformasının tərkibində həyata keçirilib. 13 ölkədən tələbələrin seçildiyi layihənin məqsədi dünyanın müxtəlif ölkələrində pərakəndə halda aparılan COVID-19 pandemiya tədqiqatları arasında vəhdət yaratmaq və onları bir-biri ilə əlaqələndirməkdir. Platforma çərçivəsində qaçqın və məcburi köçkün böhranı, miqrasiya problemlərinin də beynəlxalq müstəvidə araşdırılması planlaşdırılır.

Aygün Qurbanovanın məqaləsini oxumaq üçün keçid:
https://atlas-tjes.org/index.php/tjes/article/view/181

Aygün Muradlının məqaləsini oxumaq üçün keçid:
http://atlas-tjes.org/index.php/tjes/article/view/184

Lalə Hüseynlinin məqaləsini oxumaq üçün keçid:
http://atlas-tjes.org/index.php/tjes/article/view/183

Məqalələri oxumaq üçün keçid:
http://atlas-tjes.org/index.php/tjes

İctimaiyyətlə əlaqələr şöbəsi
15.02.2021

OTHER NEWS