NEWS

Tələbələrin “Avrasiya” Tərcümə Mərkəzində istehsalat təcrübəsi davam edir

Tələbələrin “Avrasiya” Tərcümə Mərkəzində istehsalat təcrübəsi davam edir

07 march 2025

Baxış sayı: 219

Azərbaycan Universitetinin Tərcümə (ingilis dili) ixtisası üzrə təhsil alan bir qrup sonuncu kurs tələbəsinin “Avrasiya” Tərcümə Mərkəzinin filiallarında istehsalat təcrübəsi davam edir. 

Mərkəzin filiallarında tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və onları praktiki bacarıqlarla tamamlamaq üçün geniş imkanlar yaradılıb. İstehsalat təcrübəsində olan tələbələrə tərcümə işinin əsas prinsipləri, lüğətlərdən düzgün istifadə qaydaları, müxtəlif mövzuda sənədlərin, şablon sənədlərin tərcüməsi və redaktəsi izah edilir, həmçinin yerinə yetirdikləri fərdi tapşırıqlar yoxlanılır. 

İş dünyasına fərqli yönlərdən bələd olmağa çalışan, mərkəzin iş prosesi ilə yaxından tanış olan tələbələr burada müxtəlif tədbirlərdə iştirak edir, layihələrin idarə olunması, sosial media menecerliyi kimi istiqamətlərdə də praktiki iş təcrübəsi əldə edirlər. 

“Avrasiya” Tərcümə Mərkəzində istehsalat təcrübəsində olan tələbələrə  Tərcümə və filologiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Ləman Qasımlı rəhbərlik edir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS