NEWS

Turizmçi tələbələr üçün Lahıca səyahət ediblər

Turizmçi tələbələr üçün Lahıca səyahət ediblər

07 july 2021

Baxış sayı: 2329

Azərbaycan Universitetinin turizmin iqtisadiyyatı ixtisası üzrə təhsil alan magistratura tələbələri və turizm bələdçiliyi ixtisası üzrə təhsil alan bakalavariat tələbələriüçün İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səyahət təşkil edilib. Turizm ixtisası üzrə təcrübə səyahəti xarakteri daşıyan səfərdə tələbələrə maliyyə və iqtisdiyyat kafedrasının müdiri dosent Nəriman Böyükkişi və turizm üzrə ixtisas müəllimi Nizami Hüseynov rəhbərlik ediblər.

İxtisas fənlərindən əldə etdikləri nəzəri bilikləri səyahət zamanı təcrübədə tətbiq etmək imkanı əldə edən tələbələr turistlərə ekskursiya xidmətinin təşkili istiqamətində öz bacarıqlarını nümayiş etdirməklə turizm bələdçiliyinin xüsusiyyətləri barədə biliklərini daha da zənginləşdiriblər. Olduqca maraqlı keçən səfər zamanı tələbələr İsmayıllı rayonunun və Lahıc qəsəbəsinin əsrarəngiz təbiəti və maraqlı təbiət obyektləri ilə yaxından tanış olublar.

Səyahət turunun təşkili və həyata keçirilməsində turizm sektorunda zəngin təcrübəyə malik magistratura II kurs tələbəsi Ülvi Süleymani xüsusi fəallıq göstərərək təcrübi biliklərini tələbələrlə bölüşüb.

Təcrübə xarakterli bu tipli səyahətlərin davam etdirilməsi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.07.2021

 

OTHER NEWS