NEWS

İsveçre universiteti MBA tələbələri üçün təqdimat keçirib

İsveçre universiteti MBA tələbələri üçün təqdimat keçirib

10 december 2015

Baxış sayı: 4885

İsveçrənin Cenevrə şəhərində yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (UBIS) nümayəndələri Azərbaycan Universitetinin Biznesin idarə olunması üzrə magistratura proqramlarında (MBA) təhsil alan tələbələri ilə görüşüb. Görüşdə akademik əməkdaşlıq üzrə mütəxəssis Ryan Khoaz UBIS-in təklif etdiyi dual MBA proqramı haqqında iştirakçıları məlumatlandırıb.  
Tədbirdə qeyd olunub ki, birgə proqramın həyata keçirilməsi üçün tərəflər arasında anlaşma memorandumu imzlanmalıdır. 2 tədris ilini (4 semestr) əhatə edəcək birgə MBA proqramında 20 fənnin tədrisi nəzərdə tutulur.  Bu fənlərdən 4-ü Bakıda, 1-isə İsveçrədə (Cenevrə) UBIS-in professor-müəllim heyəti tərəfindən, digərləri isə Azərbaycan Universitetinin heyəti tərəfindən tədris olunacaq.
Magistrantlar tərəfindən tədris müddəti ərzində qazanılan bütün kreditlər hər iki universitet tərəfindən tanınacaqdır. Proqramın bütün tələblərini tam olaraq yerinə yetirən məzunlar hər iki universitetin diplomunu ala biləcəklər.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
10.12.2015

OTHER NEWS