NEWS

Azərbaycan Universitetində universitetlərarası çempionatın daxili seçim turu keçirilib

Azərbaycan Universitetində universitetlərarası çempionatın daxili seçim turu keçirilib

03 march 2025

Baxış sayı: 12

Azərbaycan Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi,  “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “3 sual” intellektual oyunlar platformasının təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının daxili seçim turu keçirilib.

Daxili seçim turunda 6 komanda mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışda müxtəlif fakültələrdən olan tələbələr final mərhələsinə vəsiqə qazanmaq üçün biliklərini nümayiş etdiriblər. Yarışın nəticəsinə əsasən “Kabus” komandası birinci yerdə qərarlaşaraq, çempionatda Azərbaycan Universitetini təmsil etmək hüququnu əldə edib. 

Qeyd edək ki, çempionatın final turunun 13 mart 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS