NEWS

“Voice of Books” qiraət klubunun dekabr ayı üzrə növbəti görüşü keçirilib

“Voice of Books” qiraət klubunun dekabr ayı üzrə növbəti görüşü keçirilib

26 december 2025

Baxış sayı: 182

Tərcümə və filologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Voice of Books” qiraət klubunun dekabr ayı üzrə növbəti görüşü keçirilib. Universitetin kitabxanasında təşkil olunan görüşdə klub üzvləri ingilis romantizminin görkəmli nümayəndəsi Lord Bayronun “Qabil” (Cain) əsərini müzakirə ediblər. 

Müzakirə zamanı əsərdə qaldırılan əsas ideya və mövzular - insanın azad iradəsi, itaət və üsyan anlayışları, bilik axtarışı, eləcə də Tanrı - insan münasibətləri kimi fəlsəfi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Bayron “Qabil” əsərində insanın sual vermə haqqını, düşüncə azadlığını və mövcud qaydalara tənqidi yanaşmanı ön plana çıxarır.

Tədbir interaktiv formatda təşkil edilib. İştirakçılar əsərdən seçilmiş parçalara istinad etməklə öz yanaşmalarını bölüşüb, “Qabil” obrazını müxtəlif rakurslardan dəyərləndiriblər. 

“Voice of Books” tələbə klubunun mütaliə vərdişlərinin gücləndirilməsi, dünya ədəbiyyatının tanıdılması və müzakirə mədəniyyətinin inkişafı kimi əsas hədəflərinə mühüm töhfə olan tədbir qarşıdan gələn yeni təqvim ili münasibətilə keçirilən “Secret Santa” ənənəsi ilə yekunlaşıb. Klub üzvləri bir-birlərinə hədiyyələr təqdim edərək səmimi mühiti yaradıb, komanda ruhunu daha da gücləndiriblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS