NEWS

Xarici dillər kafedrasında “Yeni texnologiyalar və dil öyrənmə prosesi” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetinin Xarici dillər kafedrası tərəfindən müasir texnologiyaların tədris prosesində tətbiqinə həsr olunmuş tədbir təşkil olunub. “Yeni texnologiyalar və dil öyrənmə prosesi” adlı tədbirdə kafedranın inzibati və pedaqoji heyət üzvləri, İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan hazırlıq qrupunun tələbələri iştirak ediblər. 

Tədbirdə kafedranın müəllimi Fariz Kazımov dil dərslərinin tədrisində istifadə olunan süni intellekt proqramları haqqında təqdimatla çıxış edib. Təqdimatda müxtəlif süni intellekt proqramlarının dil öyrənmə prosesində yaratdığı imkanlar haqqında məlumat verilib. Danışıq bacarıqlarının inkişafı, mətnlərin hazırlanması, dinləmə tapşırıqlarının təşkili, interaktiv fəaliyyətlərin qurulması və fərdi öyrənmə metodlarının tətbiqi ilə bağlı nümunələr təqdim olunub. Həmçinin bu proqramların istifadə qaydaları nümayiş etdirilərək müəllimlərin süni intellekt texnologiyalarından interaktiv dərs mühitinin yaradılmasında necə istifadə edə biləcəkləri izah olunub.

Təqdimatda tələbələr üçün də faydalı məlumatlar verilib. Onlara süni intellekt proqramlarından düzgün və səmərəli istifadə yolları göstərilib, dil bacarıqlarının inkişafında bu texnologiyaların rolu qeyd olunub.  

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS