Danışıq klubu 2022-ci ildə fəaliyyətə başlayıb. Xarici dillər kafedrasının nəzdində fəaliyyət göstərən klubun rəhbəri Aygün Qasımova, sədri isə Marketinq (ingilis dilində) ixtisası üzrə təhsil alan tələbə Günel Azimovadır.
Instagram: @au.foreign.languages
Klub xarici tələbələr də daxil olmaqla müxtəlif ixtisaslarda təhsil alan ingilis dili bacarıqlarını inkişaf etdirmək istəyən tələbələrin birliyidir. Klubun əsas məqsədi tələbələrin kommunikasiya bacarıqlarını inkişaf etdirmək, öz fikirlərini sərbəst ifadə etməyi öyrətmək və interaktiv, çoxdilli öyrənmə mühitini formalaşdırmaqdır. Bunun üçün klub mütəmadi olaraq interaktiv müzakirələr, rollu oyunlar, debat sessiyaları, film və kitab müzakirələri təşkil edir.
Klubun missiyası tələbələrə sərbəst danışıq imkanı təqdim etmək, müxtəlif mədəniyyətləri tanımağa və mədəniyyətlərarası ünsiyyət bacarıqlarını artırmağa kömək etməkdir.
Klubun fəaliyyətlərini tələbələr kafedranın müəllimləri birlikdə aparırlar, bu da interaktiv və effektiv öyrənmə mühitinin yaranmasına şərait yaradır.
Kluba üzv olmaq üçün əvvəlcə Xarici Dillər kafedrası tərəfindən Danışıq klubu haqqında elan verilir və tələbələr klubun fəaliyyəti ilə tanış olurlar. Maraqlanan tələbələr ad, soyad, qrup nömrəsi və əlaqə telefonlarını kafedraya təqdim edirlər. Daha sonra onlarla əlaqə saxlanılır və klub fəaliyyətlərinə dəvət olunurlar.
Klubun fəaliyyət planı (2025/2026-cı tədris ili üzrə)
2025–2026-cı tədris ilində klubun fəaliyyətinə Fulbright proqramı çərçivəsində, ABŞ səfirliyi tərəfindən Xarici Dillər kafedrasına yönəldilən nümayəndə Johnae Spain dəstək verəcək və sessiyaların əksəriyyətini moderasiya edəcək. O, tələbələrlə praktiki danışıq məşqləri aparacaq, mövzuların seçilməsinə, mədəniyyətlərarası ünsiyyət fəaliyyətlərinə və interaktiv oyunların hazırlanmasına rəhbərlik edəcək.
Danışıq klubun fəaliyyəti Johnae Spain ilə yanaşı, klubun sədri, Marketinq (ingilis dilində) ixtisası üzrə təhsil alan Günel Azimova və kafedranın müəllimi Fariz Kazımov tərəfindən də aparılacaq.Tələbə sədri və klub üzvləri Johnae Spain ilə koordinasiya və təşkilati işləri birlikdə icra edəcəklər.
I semestr (sentyabr – dekabr)
II semestr (fevral – iyun)