İctimaiyyətlə əlaqələr şöbəsi

Şöbə ictimaiyyətlə universitet, o cümlədən müxtəlif qurumlar və kütləvi informasiya vasitələri arasında qarşılıqlı və səmərəli əlaqələrin qurulması məqsədilə fəaliyyət göstərir və bu sahədə işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

Şöbənin vəzifələri:

  • Universitetin fəaliyyətinə dair ictimai fikri öyrənir;
  • Universitetin fəaliyyəti, inkişaf strategiyası haqqında ictimaiyyəti informasiya ilə təmin edir;
  • Universitetin veb səhifəsini idarə edir, səhifəni informasiya ilə təmin edir;
  • Sosial şəbəkələrdə Universitetin səhifələrini yaradır, həmin səhifələri idarə edir və informasiya ilə təmin edir;
  • Universitetin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edir;
  • Universitetin fəaliyyəti ilə bağlı müxtəlif səpkili təqdimat mərasimi və tədbirlərin keçirilməsini təmin edir;
  • Universitetin fəaliyyətinə dair video materialların, filmlərin, reklam çarxlarının və digər tanıtım materiallarının hazırlanmasını və yayılmasını təmin edir;
  • Mətbuat konfransları keçirir;
  • Universitetin foto və video arxivini yaradır;
  • Universitetin fəaliyyəti və inkişaf strategiyasına dair yeniliklərin ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə press-relizlər hazırlayır və yayılmasını təmin edir;
  • Abituriyentlərin və valideyinlərin Azərbaycan Universiteti haqqında dolğun məlumat əldə etmələrini təmin edir, bu məqsədlə məktəblərdə, hazırlıq kurslarında və universitetin tədris binasında müxtəlif səpkili tədbirlər, "açıq qapı" günləri keçirir;
  • Universitetin fəaliyyətini əks etdirən “Çağlayan” jurnalının çapını və yayılmasını təmin edir;
  • Kütləvi informasiya vasitələrinin monitorinqini aparır, universitetin fəaliyyəti barədə yayılan informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırır.

Şöbənin heyəti

  • Lalə Tofiq qızı Dilənova – Müdir 
  • Təhminə Elbrus qızı Hüseynova – Mütəxəssis
  • Leyla Fikrət qızı Məmmədova – Mütəxəssis
  • Elxan Kamil oğlu Fərzəliyev – Mütəxəssis

Şöbə ilə əlaqə

  • (+994 12) 431 41 12/13/16 (daxili 133, 136)