Tarixi Şəxsiyyətlər Klubu 17 fevral 2023-cü ildə İctimai elmlər kafedrasının nəzdində fəaliyyətə başlayıb. Klubun əsas məqsədi gənclərin tarixi şəxsiyyətlərin həyatı və fəaliyyəti, onların siyasi, ictimai və mədəni irsi haqqında biliklərinin artırılması, tarixi hadisələrin şəxsiyyət faktoru prizmasından dərk olunmasının təmin edilməsidir. Bu məqsədlə klub tərəfindən müxtəlif elmi, maarifləndirici və tədqiqat yönümlü layihələr həyata keçirilir.
Klubun missiyası
Tarixi Şəxsiyyətlər Klubunun missiyası gənclərdə tarixi düşüncə tərzini formalaşdırmaq, onları görkəmli tarixi şəxsiyyətlərin dövlətçilik, liderlik və ictimai fəaliyyət nümunələri əsasında analitik düşünməyə təşviq etmək, milli tarixə və tarixi irsə hörmət ruhunda yetişən, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi formalaşdırmaqdan ibarətdir.
Klubun məqsədi
Klubun əsas məqsədi gənclərin Azərbaycan və dünya tarixində mühüm rol oynamış tarixi şəxsiyyətlər haqqında nəzəri biliklərini və tədqiqat bacarıqlarını inkişaf etdirmək, tarixi faktların obyektiv təhlili, müqayisəli yanaşma və elmi müzakirə mədəniyyətini formalaşdırmaq, onların akademik və intellektual inkişafına töhfə verməkdir.