Voice of Books Klubu (“Kitabların Səsi” Klubu) 2023-cü ildə universitetdə kitabxana və mütaliə mədəniyyətinin inkişafını təşviq etmək məqsədilə kafedranın baş müəllimi Xəyalə Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən “Qiraət” dərnəyinin əsasında yaradılmışdır. “Kitabların Səsi” Klubunun rəhbəri Emiliya Əliyeva, klubun sədri isə Fidan Muxtarovadır.
Instagram: @voice.of.books
Klub qiraətə maraq göstərən tələbə və müəllimləri bir araya gətirərək elmi, mədəni və ədəbi fəaliyyətləri dəstəkləyən sosial bir mühit yaradır. Klubun əsas məqsədi universitetdə oxu vərdişlərinin gücləndirilməsi, tələbələrin analitik düşüncə, tənqidi yanaşma və ədəbi biliklərinin artırılmasıdır. Bunun üçün klub mütəmadi olaraq müzakirə saatları, kitab təqdimatları, müəllif görüşləri, maarifləndirici seminarlar və müxtəlif ədəbi layihələr təşkil edir.
Klubun missiyası tələbələrdə mütaliə mədəniyyətini inkişaf etdirmək, bədii-estetik zövqü formalaşdırmaq, analitik düşüncə və kommunikasiya bacarıqlarını gücləndirmək, elmi-mədəni mühitə aktiv inteqrasiyanı təmin etməkdir.
Kluba üzvlük şərtləri olduqca sadədir – universitetin qiraəti sevən hər bir tələbə və müəllimi bu ədəbi birlikdə iştirak edə bilər. Klubun fəaliyyəti universitetdə mədəni mühitin formalaşmasına, tələbələrin intellektual inkişafına və mütaliə vərdişlərinin zənginləşməsinə mühüm töhfə verir.
Klubun fəaliyyət planı (2025/2026-cı tədris ili üzrə)
I semestr (sentyabr – dekabr)
II semestr (fevral – may)
Əlavə fəaliyyətlər (il boyu)
Klubun keçirdiyi tədbirlər