Gənc Diplomatlar Klubu

Gənc Diplomatlar Klubu 3 may 2023-cü il tarixində Siyasi elmlər kafedrasının nəzdində fəaliyyətə başlayıb. Klubun əsas məqsədi gənclərin diplomatiya sahəsində bilik və bacarıqlarının artırılması, onların beynəlxalq münasibətlər və xarici siyasət üzrə praktiki hazırlığının gücləndirilməsidir. Bu məqsədlə klub tərəfindən müxtəlif elmi, maarifləndirici və praktik yönümlü layihələr həyata keçirilir.

Klubun missiyası

Gənc Diplomatlar Klubunun missiyası beynəlxalq münasibətlər və diplomatiya sahəsinə maraq göstərən gənclərin intellektual potensialını inkişaf etdirmək, onları qlobal siyasi prosesləri dərk edən, analitik düşüncəyə malik, milli maraqları beynəlxalq müstəvidə peşəkar şəkildə təmsil edə bilən mütəxəssislər kimi formalaşdırmaqdan ibarətdir.

Klubun məqsədi

Klubun əsas məqsədi gənclərin diplomatiya, beynəlxalq münasibətlər və xarici siyasət sahələrində nəzəri biliklərini və praktiki bacarıqlarını artırmaq, onların analitik təhlil, debat, danışıqlar aparmaq və strateji düşünmə qabiliyyətlərini inkişaf etdirmək, eləcə də gələcək peşəkar fəaliyyətlərinə hazırlıqlı olmalarını təmin etməkdir.