Keyfiyyət Elçiləri Klubu


Keyfiyyət Elçiləri Klubu 20 noyabr 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) “Keyfiyyət Elçisi” layihəsində fəal iştirak etmiş tələbələrin təşəbbüsü ilə Azərbaycan Universitetinin Keyfiyyət Təminatı şöbəsinin nəzdində yaradılıb.

Klubun əsas məqsədi universitetdə keyfiyyət mədəniyyətinin formalaşmasında tələbələrin fəal iştirakını, onların baxış və təşəbbüslərinin universitetin inkişaf strategiyasına inteqrasiyasını təmin etməkdir. 

Keyfiyyət elçilərinin əsas fəaliyyət istiqamətləri tələbələrin universitetdə təhsil prosesinin keyfiyyətinin artırılmasında fəal iştiraklarını təmin etmək, təhsildə keyfiyyət təminatı ilə bağlı maarifləndirmə işləri aparmaq, tələbələrin hüquq və maraqlarının müdafiəsində vasitəçi olmaq, onların akademik və inzibati məsələlərlə bağlı rəy və təkliflərini toplamaq və aidiyyəti struktur bölmələrə çatdırmaq, təlim və tədris mühitinin yaxşılaşdırılması üçün yeni ideya və təşəbbüslərlə çıxış etmək, eləcə də tələbələrin təhsilin keyfiyyəti ilə bağlı qərarların qəbulunda maraq və motivasiyasını artırmaqdır.

Klubun fəaliyyətinə yüksək akademik göstəricilərə malik, sosial və elmi sahələrdə də aktivlik göstərən, təşəbbüskar, yaradıcı düşüncəli, innovativ ideyalara açıq, komanda ruhuna sahib, liderlik və ünsiyyət bacarıqları olan tələbələrin cəlb olunması planlaşdırılır.

“Keyfiyyət elçiləri” klubu 8 üzvlə fəaliyyətə başlayıb və sıraları yeni üzvlərə açıqdır.

Kluba üzvlük könüllüdür. Kluba üzv olmaq istəyənlər təsisçilər tərəfindən yaradılan layihə və təlimlərdə aktiv iştirak etməli, həmçinin fərdi layihə təşəbbüsü ilə klubun koorinatoruna müraciət etməlidirlər. 

E-poçt: Sakina.Nadirova@au.edu.az

E-poçt:  au.keyfiyyetelchileri@au.edu.az

Instagram: @au_keyfiyyet_elchileri_klubu

Klubun Əsasnaməsi və loqosu mövcuddur.

Klubun Əsasnaməsi

Klubun loqosu

2025/2026-cı tədris ilinin payız semestri ərzində keçirilən tədbirlər