Gənc İqtisadçılar Klubu (Young Economists Club) 2023/2024-cü tədris ilinin yaz semestrində fəaliyyətə başlayıb. Biznes və iqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən kluba Marketinq (tədris ingilis dilində) ixtisası üzrə III kurs tələbəsi Nəzrin Məmmədzadə sədrlik edir.
Azərbaycan Universitetinin tələbələri dekanlığa müraciət edərək yaxud klub sədri ilə birbaşa əlaqə saxlayaraq kluba üzv ola bilərlər.
Gənc İqtisadçılar Klubu (Young Economists Club) iqtisadiyyata marağı olan, araşdırma aparan, düşünən və inkişaf etməyə çalışan tələbələri bir araya gətirən intellektual təşkilatdır. Klubun əsas məqsədi gənclərdə iqtisadi düşüncə tərzini formalaşdırmaq, onların nəzəri biliklərini real nümunələrlə zənginləşdirmək və gələcəyin peşəkar iqtisadçılarını yetişdirməkdir.
Kluba üzv olan tələbələr müxtəlif aktual iqtisadi mövzular üzrə seminarlarda, simulyasiya və debatlarda, təlim və diskussiyalarda, mütəxəssislərlə təşkil olunan görüşlərdə iştirak edirlər. Gənc İqtisadçılar Klubu (Young Economists Club) eyni zamanda tələbələrin analitik düşüncəsini gücləndirən, onların akademik və şəxsi inkişafına töhfə verən, liderlik və komandada işləmə bacarıqlarını ön plana çıxaran mühitdir.
Gənc İqtisadçılar Klubu - sadəcə bir tələbə klubu deyil, gələcəyin iqtisadçılarını formalaşdıran güclü, intellektual mərkəzdir.
Klubun fəaliyyət planı (2025/2026-cı tədris ili üzrə)
I semestr (sentyabr – dekabr)
II semestr (fevral – may)