“Sossfera” Sosial İnkişaf Klubu

“Sossfera” Sosial İnkişaf Klubu 2024/2025-ci tədris ilinin yaz semestrində fəaliyyətə başlayıb. Sosial işin təşkili kafedrasının nəzdində təsis olunan kluba Sosial iş ixtisası üzrə III kurs tələbəsi Cansu Nəzərova sədrlik edir.

Instagram: @sossfera

Sossfera Sosial İnkişaf Klubu universitetin sosial yönümlü sahələrinə maraq göstərən tələbələri bir araya gətirən elmi və sosial bir platformadır. Klubun əsas məqsədi Azərbaycan Universitetində və Azərbaycanda “Sosial iş” ixtisasının tanıdılması, öyrənilməsi, gənc nəslin bu sahəyə marağının artırılması, sosial iş sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi, yerli və xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması və onlarla əməkdaşlıq etməkdir.

“Sossfera” müxtəlif təlimlər, seminarlar, sosial layihələr və tərəfdaşlıq əsaslı fəaliyyətlər həyata keçirərək tələbələrin kommunikasiya, liderlik, komanda işi və təşkilatçılıq bacarıqlarını inkişaf etdirməsinə dəstək olur. 

Klubun keçirdiyi tədbirlər