NEWS

Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

08 october 2020

Baxış sayı: 3992

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız 27 sentyabr 2020-ci il tarixində səhər saat 06.00 radələrində bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüş əməliyyatları zamanı indiyə qədər işğal altında olan bir sıra ərazilərimiz işğaldan azad olunub.

Səngərdə düşmənlə üz-üzə olan əsgərlərimizin qəhrəmanlığı qarşısında baş əyirik. İnanırıq ki, üç rəngli şanlı bayrağımız tezliklə Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında və işğal altında olan bütün digər şəhər, qəsəbə, rayon və kəndlərimizdə də dalğalanacaq.

 

İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, “Böyük Qələbə” xəbəri ilə onların ruhunu şad edəcəyik!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

OTHER NEWS