NEWS

ADU-nun 75 illik yubiley kitabına rektor Səadət Əliyeva haqqında məlumat daxil edilib

ADU-nun 75 illik yubiley kitabına rektor Səadət Əliyeva haqqında məlumat daxil edilib

13 june 2024

Baxış sayı: 272

Azərbaycan Dillər Universitetinin yaranmasının 75 illiyinə həsr olunan yubiley kitabı çapdan çıxıb. Kitaba bu ali məktəbin məzunu və 2017-ci ildən Azərbaycan Universitetinin rektoru vəzifəsini icra edən Səadət Əliyeva haqqında da məlumat daxil edilib. Məlumat nəşrin “ADU-nun məzunları: Yüksək dövlət mənsubları, ictimai-siyasi xadimlər, Milli Məclisin üzvləri, akademiklər” bölməsində yerləşdirilib. 

Yazıda Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva haqqında yığcam bioqrafik məlumat verilib, elmi-təşkilati fəaliyyətinə nəzər salınıb, həmçinin rektorluq fəaliyyəti dövründə Azərbaycan Universitetinin əldə etdiyi uğurlar və təltifləri diqqətə çatdırılıb. Qeyd olunub ki, Səadət Əliyeva məzunu olduğu Azərbaycan Dillər Universiteti ilə münasibətlərini qoruyub saxlayır, professor-müəllim heyəti ilə elmi yaradıcılıq əlaqələri qurur. 

Qeyd edək ki, daha çox Azərbaycan Dillər Universitetinin tanınmış məzunları haqqında oxuculara məlumat vermək məqsədilə hazırlanan kitaba bu təhsil ocağının yetirmələri olmasalar da, qazandığı uğurlarda böyük əməyi olan rektorlar və fəxri doktorlar haqqında da məlumat daxil edilib. 

Daha böyük uğurlar arzusu ilə Azərbaycan Dillər Universitetinin yaranmasının 75 illik yubileyi münasibətilə bu ali təhsil ocağının kollektivini bir daha təbrik edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS